...

Xaricdə yaşayan soydaşlarımızdan xəbər verən kitab çap olundu (FOTO)

Cəmiyyət Materials 27 Oktyabr 2016 18:32 (UTC +04:00)
Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” adlı kitabı işıq üzü görüb.
Xaricdə yaşayan soydaşlarımızdan xəbər verən kitab çap olundu (FOTO)

Bakı. Trend:

Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” adlı kitabı işıq üzü görüb.

Trend-in məlumatına görə, kitabda müəllifin 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb. Ümumi olaraq burada 173 müsahibə toplanıb. 5 qitədəki aktiv soydaşlarımızdan və həmvətənlərimizdən alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub. Hər bir müsahibə öz dövrünün reallığını əks etdirir. Topluda bütün müsahibələr çap olunma tarixinə görə sıralanıb. Dünyanın ucqar ölkələrində belə, yaşayan həmyerlilərimizin müsahibələrini bu kitabdan oxumaq olar.

Dörd hissədən – “Diaspor fəaliyyəti könül işidir”, “Diasporumuzdakı jurnalistlər”, “Xaricdəki gənclərimiz” və “Azərbaycanın əcnəbi dostları”ndan ibarət olan kitabın Bakıda və bir neçə xarici ölkədə təqdimatı nəzərdə tutulub.

Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Namiq Əliyev, məsləhətçi isə tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlıdır. Kitaba ön söz AMEA Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov tərəfindən yazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti