...

Biləsuvarda dünyəvi dövlətdə din mövzusu müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 27 Oktyabr 2016 19:00 (UTC +04:00)
Oktyabrın 26-da Biləsuvarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə ''Dünyəvi dövlətdə din: Azərbaycan modeli'' mövzusunda seminar-treninq təşkil olunub.
Biləsuvarda dünyəvi dövlətdə din mövzusu müzakirə edilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 26-da Biləsuvarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə ''Dünyəvi dövlətdə din: Azərbaycan modeli'' mövzusunda seminar-treninq təşkil olunub.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə komitənin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov və baş məsləhətçisi Vüqar Hümbətov, Şirvan bölgəsi üzrə şöbənin müdiri Azər Sadıqov və məsləhətçisi Taleh Nuriyev, Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, dini icma sədrləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.

K.Qurbanlı dövlətin dinə qayğısından, ölkədə mövcud olan tolerant mühitdən söz açıb.

Ə.Zülfüqarov isə dini ekstremizm, radikalizmdən və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin görülməsinin vacibliyindən, dövlət-din münasibətlərindən, ölkəmizdə mövcud qeyri-ənənəvi dini cərəyanların fəaliyyətindən, onlara qarşı mübarizə üsullarından danışıb.

DQDİK-nın Dini qurumlarla iş üzrə şöbəsinin baş məsləhətçisi V.Hümbətov isə çıxışında dövlətin dinə qayğısından, tolerant və multikultural ənənələrin qorunması üçün görülən işlərdən söhbət açıb.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti