...

Braziliyadakı Yəhudi Mədəni Assosiasiyasında Azərbaycanla bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Oktyabr 2016 20:34 (UTC +04:00)
Oktyabrın 25-də Braziliyanın paytaxtı Braziliada yerləşən Yəhudi Mədəni Assosiasiyasında Azərbaycana həsr edilmiş tədbir keçirilib.
Braziliyadakı Yəhudi Mədəni Assosiasiyasında Azərbaycanla bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 25-də Braziliyanın paytaxtı Braziliada yerləşən Yəhudi Mədəni Assosiasiyasında Azərbaycana həsr edilmiş tədbir keçirilib.

Azərbaycanın Braziliyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirin əvvəlində adıçəkilən təşkilatın prezidenti Hermano Vrobel bu ilin 29-30 sentyabrda Azərbaycanda keçirilmiş V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından bəhs edərək, yüksək səviyyədə təşkil edilmiş bu Forumun qlobal əhəmiyyətini vurğulayıb və qəbul edilmiş Bəyannaməni səsləndirib. O həmçinin, Azərbaycan haqqında xoş təəssüratlarını bölüşərək, yəhudi icmasının ölkəmizdə əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşadığını bildirib.

H.Vrobel sonda Azərbaycanda çəkdiyi fotoşəkilləri nümayiş etdirib.

Sonra çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və müasir inkişafı barəsində geniş məlumat verib. Səfir müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, müstəqilliyini bərpa edəndən sonra ölkəmizin inkişafında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri, Azərbaycan-Braziliya və Azərbaycan-İsrail əlaqələri həmçinin, V Bakı Beynəlxalq Humanitar Forumu haqqında danışıb. Sonra o, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrindən bəhs edib və Azərbaycanın bu sahədə dünyada nümunə kimi tanındığını qeyd edib.

E.Sultanov eyni zamanda, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi işğalı və Azərbaycan əhalisinə qarşı törətdiyi etnik təmizləmə siyasəti haqqında məlumat verib.

Tədbirdə çıxış edən, Braziliyanın Azərbaycandakı keçmiş səfiri Serjio Arruda Azərbaycanda mövcud olan unikal tolerantlıq mühiti ilə bağlı fikirlərini bölüşüb və ölkələrimiz arasındakı oxşarlıqlardan danışıb.

Tədbirin sonunda Azərbaycanda tolerantlığa və müasir inkişafa həsr olunmuş videoçarxlar nümayiş etdirildi, habelə tədbir iştirakçılarına Azərbaycan haqqında portuqal dilində nəşrlər paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti