...

Masallıda 3 kənd sudan təmizlənib - sakinlər evlərinə qayıdıb

Cəmiyyət Materials 28 Oktyabr 2016 10:46 (UTC +04:00)
Cəlilabadda "Ağdaş" su anbarının daşması nəticəsində Masallı rayonunda su basmış 3 kəndin evləri və həyətyanı sahələr sudan təmizlənib.
Masallıda 3 kənd sudan təmizlənib - sakinlər evlərinə qayıdıb

Bakı. Samir Əli - Trend:

Cəlilabadda "Ağdaş" su anbarının daşması nəticəsində Masallı rayonunda su basmış 3 kəndin evləri və həyətyanı sahələr sudan təmizlənib. Bu barədə Trend-ə açıqlamasında Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı məlumat verib.

Qurum rəsmisi bildirib ki, dünən Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikaları vasitəsilə ev və həyətyanı ərazilərdən suyun çəkilməsi prosesi başa çatdırılıb və köçürülən ailələr yenidən evlərinə qaytarılıb: "Su anbarının daşması nəticəsində rayonun 3 kəndi - Təklə, Xırmandalı və Çaxırlı kəndlərində bəzi evləri və həyətyanı sahələri su basmışdı. 150-yə yaxın ev və həyətyanı sahələrdə suyun hündürlüyü 50 santimetrə çatmışdı. 50-yə yaxın ailə köçürülmüşdü. Artıq sular çəkilib, sakinlər mənzillərinə qaytarılıblar. Rayon fövqəladə hallar komissiyası tərəfindən əhaliyə dəymiş ziyan müəyyənləşdirilir. Dəymiş ziyan müəyyənləşdiriləndən sonra məlumatlar hökumətə təqdim ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti