...

Azərbaycan tarixçiləri etiraz etdilər - SƏBƏB?

Cəmiyyət Materials 28 Oktyabr 2016 13:27 (UTC +04:00)
Azərbaycan tarixçiləri Rusiyada keçirilən dissertasiya müdafiəsinə etiraz olaraq, bəyanat qəbul ediblər.
Azərbaycan tarixçiləri etiraz etdilər - SƏBƏB?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan tarixçiləri Rusiyada keçirilən dissertasiya müdafiəsinə etiraz olaraq, bəyanat qəbul ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun əməkdaşları tərəfindən Trend-ə təqdim edilən bəyanatda qeyd edilir ki, bu il okyabrın 11-də tarixçi Şahban Hapizovun Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstutitununun Dissertasiya Şurasında “Etnomədəniyyət konteksində Çora dağıstanlılarının köçürülməsi mədəniyyəti” (XVIII-XXI) əsr) mövsusunda dissertasiya müdafiəsi keçirilib: "Azərbaycan tarixçiləri dərin təəssüflə bildirirlər ki, Etnologiya və Antropologiya İnstitutunda Azərbaycanın daxili işinə müdaxilə edilib, Azərbaycan xalqının mədəniyyəti və tarixi təhqir edilib”.

Tarixçilər qeyd edirlər ki, bu dissertasiyanı saxta iş hesab edən tarixçilər bildirirlər ki, Azərbaycanın tarixi və ərazisinə dair olan bu dissertasiyada müəllif Azərbaycanın tarixini təhrif edərək ərazi iddialarını təqdim edir: "Başa düşülməyən meyarlara görə, dissertasiyanın mövzusu ilə əlaqəli olan opponentlər və onun aparıcı təşkilatı seçilməyib, heç bir avtoreferat Azərbaycana resenziya yazılmaq üçün göndərilməyib. Xatırladırıq ki, Azərbaycan və Rusiya Elmlər akademiyaları 2005-ci il 22 dekabrda etik, elmi normaların pozulmaması üçün əməkdaşlıq üzrə müqavilə imzalayıblar".

Tarixçilər bildirirlər ki, onlar Akademiyanın, İnstitutun və Rusiyanın Təhsil və Elm Nazirliyi nəzdindəki Ali Attestasiya Komissiyasına bu məsələ ilə bağlə öz fikirlərini təqdim ediblər. Onlar hesab edirlər ki, həmin qurumlar dissertasiya ilə bağlı müvafiq qərarın qəbulu zamanı Azərbaycan tarixçilərinin fikirlərini nəzərə almalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti