...

Lerik-Kəlvəz-Göydərə yolunda hərəkət bərpa olundu (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2016 15:24 (UTC +04:00)
Lerik rayonunda Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də avtomobillərin hərəkəti bərpa olunub.
Lerik-Kəlvəz-Göydərə yolunda hərəkət bərpa olundu (FOTO)

Bakı. Samir Əli - Trend:

Lerik rayonunda Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də avtomobillərin hərəkəti bərpa olunub. Trend-in məlumatına görə, bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qurum sözçüsü deyib ki, bu gün səhər saatlarında Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də dağ uçqunu baş verib. Nəticədə yolun hərəkət hissəsinə iri qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub: "Dərhal əraziyə "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddət ərzində yolda hərəkətin bərpa edilməsi istiqamətinə addımlar atılır. Yolun bir hissəsindən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub. Hazırda digər hissəsinin təmizlənməsi istiqamətində addımlar atılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti