...

Akif Əlizadə: AMEA-da islahatlar 2020-ci ilə qədər davam edəcək

Cəmiyyət Materials 31 Oktyabr 2016 11:52 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında(AMEA) islahatyönümlü tədbirlər 2020-ci ilə qədər davam edəcək.
Akif Əlizadə: AMEA-da islahatlar 2020-ci ilə qədər davam edəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasında(AMEA) islahatyönümlü tədbirlər 2020-ci ilə qədər davam edəcək.

Trend-in məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə bu gün II Azərbaycan Elm Festivalının açılış mərasimində deyib:

"Bu gün AMEA-nın bütün infrastrukturu dəyişdirilir. Akademiya bu istiqamətdə addım-addım irəliləyir. Ancaq yenə də nəzərdə tutulur ki, 2020-ci ilə qədər islahatyönümlü hədəflərə uyğun tədbirlər davam etsin".

A.Əlizadə qeyd edib ki, Azərbaycan elminin imkanları dəfələrlə artıb.

Onun sözlərinə görə, hazırda əsas problem maddi-texniki bazanın istifadəsini təmin edəcək kadrların yetişdirilməsidir: "Müasir cihazların istifadəsini yüksək səviyyədə təşkil etmək də əsas hədəflərdəndir. Gənc elmi kadrların hazırlanması, onların düzgün istiqamətləndirilməsi, gənc kadrların hətta nəinki elmi inkişafı, onların bütün istiqamətlər üzrə olan fəaliyyətlərini artırmaq üçün səyləri artırmaq lazımdır".

Qeyd edək ki, festival noyabrın 5-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti