...

Bakıda 2 marşrut xəttində dəyişiklik edildi

Cəmiyyət Materials 31 Oktyabr 2016 13:13 (UTC +04:00)
Paytaxtda 2 marşrut xəttində müvəqqəti dəyişiklik edilib.
Bakıda 2 marşrut xəttində dəyişiklik edildi

Bakı. Trend:

Paytaxtda 2 marşrut xəttində müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu gün səhər saat 10-dan etibarən aparılan tikinti işləri ilə əlaqədar olaraq, Zığ yolu, Hatəm Allahverdiyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Təmir işləri aparıldığı müddətdə ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan rahat istifadə etmələri, sərnişin avtobuslarının təhüləsiz və maneəsiz hərəkətini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edib.

Belə ki, adıçəkilən marşrut xətləri üzrə avtobuslar alternativ olaraq Rövşən Göyüşov küçəsi (6 saylı Vərəm Xəstəxanası) ilə hərəkət edərək (Bahar Enerji istiqamətində) Hövsan yolu ilə əlaqələnəcək. Rövşən Göyüşov küçəsinin ümumi uzunluğu 4,8 km-dir. Hatəm Allahverdiyev küçəsində Zığ yolunun bağlanması Hövsan yolu ilə şəhər istiqamətində və əksinə Hövsan qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməyəcək. Həmçinin "Bakubus" MMC-nin xəttə çıxan avtobuslarına yolun bağlanmasının təsiri olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti