...

AMEA magistraturaya qəbul yerlərini 2 dəfə artırmaq üçün hökumətə müraciət edib

Cəmiyyət Materials 31 Oktyabr 2016 16:13 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası gələn il elmi müəssilərindəki magistraturaya qəbul aparmaq üçün Nazirlər Kabinetinə 38 ixtisas üzrə 133 yer sifariş verib.
AMEA magistraturaya qəbul yerlərini 2 dəfə artırmaq üçün hökumətə müraciət edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyası gələn il elmi müəssisələrində magistraturaya qəbul aparmaq üçün Nazirlər Kabinetinə 38 ixtisas üzrə 133 yer sifariş verib.

Trend-in məlumatına görə, bunu akademiyanın Elm və Təhsil İdarəsinin rəhbəri Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, Nazirlər kabineti plan yerlərini təsdiq etdikdən sonra qəbul həyata keçiriləcək.

Ə.Sadıqov adətən dekabr ayına qədər siyahının təsdiq olunduğunu da söyləyib.

Akademiya rəsmisi keçən il AMEA-da 19 ixtisas üzrə magistraturaya qəbul aparıldığını da söyləyib.

Xatırladaq ki, 2015/2016-cı tədris ili üçün AMEA-nın magistraturasına 19, 2016/2017-ci tədris ili üçün isə 56 nəfər qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti