...

MTRŞ analoq TV yayımının dayandırılması ilə bağlı vətəndaşlara müraciət edib

Cəmiyyət Materials 1 Noyabr 2016 17:39 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) analoq TV yayımının dayandırılması ilə bağlı vətəndaşlara müraciət edib.
MTRŞ analoq TV yayımının dayandırılması ilə bağlı vətəndaşlara müraciət edib

Bakı. Trend:

Milli Televiziya və Radio Şurası (MTRŞ) analoq TV yayımının dayandırılması ilə bağlı vətəndaşlara müraciət edib.

MTRŞ-dən Trend-ə verilən məlumata görə, Şuranın 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq, 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb.

Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.

Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin (“Set-Top-Box”-lar) əldə olunması xahiş olunur.

Qeyd edək ki, sentyabrın 27-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib, rəqəmli yayıma keçidlə bağlı mövcud vəziyyət müzakirə olunub. İclasda Azərbaycan Prezidentinin 20 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.

Azərbaycan ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamada Azərbaycanda fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin (“Set-Top-Box”-ların) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti