...

Nazirlikdən summativ qiymətləndirmələrə görə şagirdlərdən pul yığılmasına münasibət (ÖZƏL)

Cəmiyyət Materials 3 Noyabr 2016 11:31 (UTC +04:00)
Təhsil Nazirliyi orta məktəblərdə summativ qiymətləndirmənin keçirilməsi üçün müəllimlər tərəfindən şagirdlərdən müxtəlif məbləğdə pulun toplanılmasına münasibət bildirib.
Nazirlikdən summativ qiymətləndirmələrə görə şagirdlərdən pul yığılmasına münasibət (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi orta məktəblərdə summativ qiymətləndirmənin keçirilməsi üçün müəllimlər tərəfindən şagirdlərdən müxtəlif məbləğdə pulun toplanılmasına münasibət bildirib.

Nazirlikdən Trend-in “Məktəblərdə summativlərin keçirilməsi üçün test vərəqləri məktəbin, yoxsa valideynin hesabına alınmalıdır?” sorğusuna cavab olaraq bildirilib ki, kiçik summativ qiymətləndirmə məktəb tərəfindən aparılır: “Bu qiymətləndirmə müxtəlif formalarda həyata keçirilə bilər. Kiçik summativlər məktəbin resurslarına uyğun aparılmalıdır”.

Qeyd olunan məsələ ilə bağlı Təhsil Nazirliyinə şikayətin daxil olub-olmamasına gəldikdə, qurumdan bildirilib ki, bununla bağlı Təhsil Nazirliyinə hər hansı bir müraciət və ya şikayət daxil olmayıb.

Xatırladaq ki, ümumi təhsil məktəblərinin yeni təhsil proqramları (fənn kurikulumları) tətbiq olunan siniflərində yeni məktəbdaxili qiymətləndirmə sistemi tətbiq olunur. Bu qiymətləndirmə diaqnostik, formativ və summativ qiymətləndirmələrdən ibarətdir. Summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır. Şagirdlərin kiçik və böyük summativ qiymətləndirmələrinin nəticələri illik qiymətlərinin hesablanmasında nəzərə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti