...

Dərmanlara yeni nəzarət sistemi yaradılır - Farmakoloji nəzarət

Cəmiyyət Materials 3 Noyabr 2016 11:27 (UTC +04:00)
Azərbaycanda milli farmakoloji nəzarət sisteminin qurulması işlərinə başlanılıb.
Dərmanlara yeni nəzarət sistemi yaradılır - Farmakoloji nəzarət

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda milli farmakoloji nəzarət sisteminin qurulması işlərinə başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məlumat bazalarının və müvafiq farmakoloji nəzarət proqramlarının yaradılmasına başlanılıb, müvəqqəti farmakoloji nəzarət təlimatı təsdiqlənib.

Məlumatda bildirilir ki, hazırda farmakoloji nəzarət üzrə milli qanunvericiliyimizin hazırlanması və Avropa İttifaqının dərman vasitələri ilə əlaqəli 2010/84/EC direktivinə uyğun əsaslandırılması prosesi tamamlanmaq üzrədir. Bu sahədə milli qaydaların hazırlanması, GVP modullarının və və MedDra terminologiyasının tərcüməsi işlərinə başlanılıb.

Bir çox ölkələrin farmakoloji nəzarət üzrə səlahiyyətli təşkilatları ilə əlaqələr qurulub. Hazırda bu sahədə Azərbaycan bir çox nüfuzlu qurum və təşkilatlarla beynəlxalq əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti