...

Bakıda qəzalı məktəblərin siyahısı Təhsil Nazirliyinə göndərildi

Cəmiyyət Materials 3 Noyabr 2016 16:58 (UTC +04:00)
Bakıda bir neçə qəzalı vəziyyətdə olan orta məktəb binası var.
Bakıda qəzalı məktəblərin siyahısı Təhsil Nazirliyinə göndərildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda bir neçə qəzalı vəziyyətdə olan orta məktəb binası var. Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.

İdarə müdiri qeyd edib ki, ən ciddi vəziyyət 171 saylı məktəbdə müşahidə olunur: "İkikorpuslu məktəbin qəzalı halda olan bir korpusunun şagirdləri digərinə köçürülüb. Orada dərslər növbəli sistemdə aparılır. Bu, müəyyən sıxlıq yaradaraq şagirdlərin təliminin keyfiyyətinə mənfi təsir göstərir. İdarə bununla bağlı müvafiq təşkilatlar qarşısında məsələ qaldırır. Lakin Bakı şəhəri üzrə məktəblərdə əsaslı təmir işləri əsasən Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən aparılır".

M.Vəliyeva deyib ki, qəzalı vəziyyətdə olan məktəblərin siyahısı həm Təhsil Nazirliyinə, həm də BŞİH-ə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti