...

Avtomobil yolunda qaya parçası partladıldı (FOTO/VİDEO)

Cəmiyyət Materials 3 Noyabr 2016 17:42 (UTC +04:00)
Lerik-Kəlvəz-Göydərə yolunda qaya parçası partladılıb.
Avtomobil yolunda qaya parçası partladıldı (FOTO/VİDEO)

Bakı. Trend:

Bir neçə gün bundan əvvəl Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də baş verən dağ uçqunu nəticəsində yolun hərəkət hissəsinə tökülən iri qaya parçalarını aradan qaldırmaq üçün əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yolun bir hissəsindən qaya parçaları təmizlənərək hərəkət bərpa olunub. Yolun bir hissəsinə isə böyük qaya parçası düşdüyündən texnika vasitəsi ilə onu yoldan kənarlaşdırmaq mümkün olmayıb. Bu səbəbdən də qaya parçasının partladılaraq kənarlaşdırılması barədə qərar qəbul olunub.

Bu gün qaya parçası “Azəravtoyol” ASC-nin Xüsusi Təyinatlı idarəsi tərəfindən partladıldıqdan sonra yolun tam olaraq təmizlənməsi təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti