...

Turizm işçiləri cəzalandırıla bilər, əgər...

Cəmiyyət Materials 4 Noyabr 2016 12:50 (UTC +04:00)
Azərbaycanda xidmətgöstərmə qaydalarını və tələblərini pozan turizm infrastrukturu subyektlərinin işçiləri intizam məsuliyyətinə cəlb olunacaqlar.
Turizm işçiləri cəzalandırıla bilər, əgər...

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda xidmətgöstərmə qaydalarını və tələblərini pozan turizm infrastrukturu subyektlərinin işçiləri intizam məsuliyyətinə cəlb olunacaqlar.

Trend-in məlumatına görə, bu, yeni hazırlanan və hazırda Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirə edilən “Turizm haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycanda turizm infrastrukturu subyektlərinin işçiləri həmin təşkilatların daxili qaydalarına əsasən əmək və icra intizamını, o cümlədən xidmətgöstərmə qaydalarını və tələblərini pozduqlarına görə intizam məsuliyyətinə cəlb olunacaqlar.

Bunun üçün turizm infrastrukturu subyektləri daxili intizam qaydalarını yazılı surətdə əməkdaşların nəzərinə çatdırmalıdırlar. Bundan sonra isə intizam pozuntusuna yol vermiş əməkdaşları intizam məsuliyyətinə cəlb edə bilərlər. Bu cür qaydalar olmadıqda əməkdaşların intizam məsuliyyətinə cəlb edilməsi qadağandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti