...

Azərbaycan diasporu Moskvadakı paradda iştirak edib (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2016 17:27 (UTC +04:00)
Rusiyadakı Azərbaycan diasporu Moskvada Kreml meydanında keçirilən “Xalq birliyi günü” paradında iştirak edib.
Azərbaycan diasporu Moskvadakı paradda iştirak edib (FOTO)

Bakı. Trend:

Rusiyadakı Azərbaycan diasporu Moskvada Kreml meydanında keçirilən “Xalq birliyi günü” paradında iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Azərbaycan-Slavyan” Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdilinin məlumatlna görə, paradda Azərbaycan diasporunun üzvləri və tələbələr fəal iştirak ediblər.

Ümumrusiya Azərbaycan Konqresi, “Azərbaycan mədəniyyətinin inkişaf və intibah” Fondu və “Azərbaycan-Slavyan” Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin qatıldığı paradda yüzlərlə həmyerlimiz Azərbaycan bayraqlarını dalğalandırılıb və Azərbaycanla bağlı şüarlar səsləndiriblər. Həmçinin, tədbir boyu “Qarabağ” ansamblının ifasında milli musiqi nömrələri təqdim olunub. Moskvadakı Azərbaycan diasporu artıq üçüncü ildir ki, bu paradda iştirak edir.

Qeyd edək ki, Rusiyada Xalq birliyi günü 1612-ci ildə Moskvanın polşalı müdaxiləçilərdən azad edilməsi şərəfinə təsis olunub. 2005-ci ildən qeyd olunan bayram istirahət günü sayılır və həmin gün Rusiyanın şəhərlərində bayram mitinqləri və nümayişlər keçirilir, konsertlər verilir, tarixi meydan tamaşaları göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti