...

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı qeyd olunur

Cəmiyyət Materials 6 Noyabr 2016 13:07 (UTC +04:00)
Bu gün Azərbaycan televiziyasının 60 və radiosunun 90 illik yubileyi qeyd olunur
Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı qeyd olunur

Bakı. Trend:

Bu gün Azərbaycan televiziyasının 60 və radiosunun 90 illik yubileyi qeyd olunur.

Trend-in məlumatına görə, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi keçirilir. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.

Hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Həmçinin Azərbaycan ərazisində rəqəmsal yayımın tətbiqinə başlanıb.

Trend bayram münasibətlə radio və televiziya işçilərini təbrik edir, işlərində uğurlar diləyir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti