...

Sabah "20 yanvar" stansiyasının təmirə bağlanan cıxışı açılır (FOTO)

Cəmiyyət Materials 7 Noyabr 2016 17:34 (UTC +04:00)
İyulun 1-dən istismar müddəti başa çatmış ET-5 tipli üç eskalatorun dəyişdirilməsi məqsədilə "20 Yanvar" stansiyasının bağlanmış 1-ci vestibülü noyabrın 8-də yenidən açılır.
Sabah "20 yanvar" stansiyasının təmirə bağlanan cıxışı açılır (FOTO)

Bakı. Trend:

İyulun 1-dən istismar müddəti başa çatmış ET-5 tipli üç eskalatorun dəyişdirilməsi məqsədilə "20 Yanvar" stansiyasının bağlanmış 1-ci vestibülü noyabrın 8-də yenidən açılır.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Məlumatda qeyd edilir ki, 1985-ci ildən istismarda olan "ET-5" tipli 3 köhnə eskalator demontaj edilərək, onların yerinə Almaniyanın "Thyssen Krupp" şirkətinin dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş "Tugela" tipli 2 eskalatoru quraşdırılıb. 3-cü eskalatorun yerində isə daş pilləkən inşa edilib.

Ötən müddət ərzində stansiyanın birinci vestibülündə eskalatorların dəyişdirilməsi ilə yanaşı, kassa zalında, keçidlərdə, xidməti otaqlarda təmir işləri aparılıb, turniketlər, elektrik avadanlıqları və işıqlandırma sistemi yenilənib. Görülən işlər çərçivəsində vestibülün və keçidlərin döşəmə və divarlarının mərmər-qranit örtüyü yenilənib. Divarlarda 1990-cı ilin 20 yanvar qurbanlarının, həmçinin 1994-cü il martın 19-da bu stansiyada baş vermiş terror aktı nəticəsində həlak olanların adları əks olunmuş xatirə lövhələri yeni tərtibatla qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti