...

Bərdədə zəhərlənən 5 yaşlı uşaq ölüb

Cəmiyyət Materials 7 Noyabr 2016 19:16 (UTC +04:00)
5 yaşlı Cahid Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Bərdədə zəhərlənən 5 yaşlı uşaq ölüb

Bakı. Samir Əli - Trend:

Noyabrın 1-də Bərdənin Xanərəb kəndində pomidor turşusundan zəhərlənən Məmmədovlar ailəsinin sonbeşiyi - 5 yaşlı Cahid Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə Trend-ə Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva məlumat verib.

Xatırladaq ki, noyabrın 1-də axşam saatlarında Bərdə raynunun Xanərəb kəndində pomidor turşusundan zəhərlənən 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov və 5 yaşlı Cahid Məmmədov ağır vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

C.Məmmədovun vəziyyəti kritik olduğundan o, süni nəfəs aparatına qoşulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti