...

Metroda işığın sönməsi problem yaratdı

Cəmiyyət Materials 8 Noyabr 2016 09:38 (UTC +04:00)
Bakı Metropoliteninin "20 yanvar" stansiyasında elektrik enerjisinin verilişində problem yaranıb.
Metroda işığın sönməsi problem yaratdı

Bakı. Samir Əli - Trend:

Bakı Metropoliteninin "20 yanvar" stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb. Trend-in məlumatına görə, hadisə bu gün səhər saat 9 radələrində baş verib.

Stansiyaya verilən elektrik enerjisində problem yarandığından stansiyaya verilən elektrik enerjisi kəsilib. Nəticədə stansiyanın turniketləri və kart yükləmə aparatları işləməyib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə faktı təsdiqləyib. O bildirib ki, baş verən problem qısa müddətdə aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti