...

Bakı Musiqi Akademiyasında “EKO-həyat” layihəsi keçiriləcək

Cəmiyyət Materials 8 Noyabr 2016 17:40 (UTC +04:00)
Gəclər Fondunun dəstəyi ilə Bakı Musiqi Akademiyasında VIII qrant müsabiqəsində qalib olmuş “EKO-həyat” layihəsi keçiriləcək.
Bakı Musiqi Akademiyasında “EKO-həyat” layihəsi keçiriləcək

Bakı. Trend:

Gənclər Fondunun dəstəyi ilə Bakı Musiqi Akademiyasında VIII qrant müsabiqəsində qalib olmuş “EKO-həyat” layihəsi keçiriləcək.

Layihə rəhbəri Zaur Fərəcovun Trend-ə verdiyi məlumata görə, layihə həm gənclərin yaradıcılıq qabiliyyətinin artırılmasına, həm də məişət tullantılarının daha yararlı hala gətirilməsinə və ekologiyanın təmizlənməsinə xitmət edir. Layihə çərçivəsində gənclərə “Məişət tullantılarının yenidən fərqli məqsədlər üçün istifadəyə yararlı hala gətirilməsi” mövzusunda təlim keçiriləcək.

Layihənin noyabr ayının 18-i start götürəcəyi nəzərdə tutulub. Tədbir iki gün davam edəcək. İlk gün təlim şəklində, ikinci gün isə gənclərin özlərinin hazırladığı əl işlərinin təhlilinə həsr olunacaq.

Xüsusi istedadı və əl işləri olan kreativ düşüncəli gənclər də layihədə bacarıqlarını nümayiş etdirə bilər.

Dərsin sonunda hazırlanmış əşyalar iştirakçılara xatirə hədiyyəsi kimi paylanacaq. Layihənin əsas məqsədi gəncləri ekonom və ekoloji təmiz həyata çağırmaq, məişət tullantılarının yenidən istifadə oluna bilməsi faktı ilə onları yaxından tanış etməkdir. Layihə sosial çağırış xarakteri də daşımaqdadır.

Son qeydiyyat tarixi: 10.11.2016 [email protected] +994(050) 585 51 33, +994(055) 955 31 53, (050) 417 77 75

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti