...

Nazirin qəbul vaxtı dəyişdirilib

Cəmiyyət Materials 8 Noyabr 2016 17:57 (UTC +04:00)
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Qusar rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Nazirin qəbul vaxtı dəyişdirilib

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Qusar rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qəbul gününün tarixi dəyişdirilərək, noyabrın 11-dən noyabrın 18-nə keçirilib.

S.Müslümov həmin gün saat 10:00-da Qusar rayonunda Heydər Əliyev Mərkəzində bu rayonun və Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə, nazirliyin qəbul otağına və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon şöbələrinə müraciət edərək qəbula yazıla bilərlər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial müdafiə, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, pensiya təyinatı, sosial sığorta, məşğulluğun təminatı və s.) əlaqədar müraciətlərin araşdırılaraq cavablandırılması və müvafiq tədbirlərin görülməsi təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti