...

Bakı Dairəvi dəmir yolunun əsaslı təmiri başladı (FOTO)

Cəmiyyət Materials 9 Noyabr 2016 11:44 (UTC +04:00)
Bakı-Pirşağı-Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib.
Bakı Dairəvi dəmir yolunun əsaslı təmiri başladı (FOTO)

Bakı. Trend:

Bakı-Pirşağı-Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır. Hazırda 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi bu dairəvi dəmir yolunun Nərimanov – Böyükşor mənzilində 2.2 km uzunluğunda olan hissəsinin təmirinə başlayıb.

“Dəmiryolservis” MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun verdiyi məlumata görə, hazırda köhnə yolun söküntüsü və torpaq yatağının işlənməsi prosesi gedir.

Ümumiyyətlə, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi qismən də olsa aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti