...

Sürücülərin nəzərinə: Tıxaclar barədə məlumat almağın başqa yolu...

Cəmiyyət Materials 15 Noyabr 2016 16:48 (UTC +04:00)
Bu ayın sonunadək yollarda tıxacları interaktiv şəkildə nümayiş etdirən sistem “GoMap” elektron xəritəsinin mobil tətbiqinə inteqrasiya ediləcək
Sürücülərin nəzərinə: Tıxaclar barədə məlumat almağın başqa yolu...

Bakı. Hüseyn Vəliyev - Trend:

Bu ayın sonunadək yollarda tıxacları interaktiv şəkildə nümayiş etdirən sistem “GoMap” elektron xəritəsinin mobil tətbiqinə inteqrasiya ediləcək. Bu barədə Trend-ə SINAM şirkətində məlumat verilib.

SINAM şirkəti Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış “GoMap” layihəsinin icraçısıdır.

Bu sistem elektron xəritənin Web versiyasında artıq mövcuddur.

Sürücülərin tıxaclar barədə məlumatlandırılmasının yeni üsulu FM diapazonlu radiokanallardan istifadə edəcək. Nəqliyyat hərəkətinin daha sıx olduğu yerlər mobil elektron xəritədə qeyd olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti