...

Şagirdlər Eko-Parkda (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2016 18:35 (UTC +04:00)
"Gənc İstedadlar" liseyinin şagirdləri Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkında olublar.
Şagirdlər Eko-Parkda (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universiteti "Gənc İstedadlar" liseyinin 5b sinif şagirdləri sinif müəlliməsi Mehbarə İbadovanın rəhbərliyi və təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkında olublar.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, xüsusi landşaft dizaynı ilə layihələşdirilən, müxtəlif növ dekorativ və meyvə ağacları, kol, çiçək və gül əkilən Eko-Park ilə yaxından tanış olan şagirdlərə qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, İDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti, Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi haqqında məlumat verilib.

Daha sonra şarirdlər Eko park ərazisində ayrılmış xüsusi yaşıllıq sahəsində onlara verilən təlimat əsasında dibçək gülləri əkiblər. Həmin güllər şagirdlərə hədiyyə edilib. Zirə Cinemada filmin nümayişi ilə davam edən ekskursiya Zirə Gülçülükdə otaq və çöl gülləri, müxtəlif kollar və ağaclarla tanışlıq, otaq güllərinin istixana şəraitində necə yetişdilildiyi haqqında məlumatlarla başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti