...

BDU saytının fəaliyyəti müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2016 16:43 (UTC +04:00)
Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə universitet saytının (bsu.edu.az) fakültələr, institutlar və strukturlar üzrə məsul şəxsləri ilə görüşüb.
BDU saytının fəaliyyəti müzakirə edilib   (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə universitet saytının (bsu.edu.az) fakültələr, institutlar və strukturlar üzrə məsul şəxsləri ilə görüşüb.

Universitetin mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, A.Kazımzadə son illər universitetin elm və təhsil istiqamətində əldə etdiyi uğurlardan, müxtəlif agentliklərin ali təhsil ocaqlarının reytinqini müəyyən etmək məqsədilə ənənəvi olaraq apardıqları araşdırmalarda Bakı Dövlət Universiteti xəbərlərinin üstünlük təşkil etməsindən danışıb. Bu işdə universitet saytının roluna toxunan prorektor onun informasiya təminatının daha da yaxşılaşdırılması və fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində tövsiyələrini verib.

Universitetin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova saytın ümumi fəaliyyətindən danışıb. Bundan əlavə, 17 fakültə, struktur və institutların sayt daxilindəki müvafiq bölmələrinin vəziyyətini təhlil edib, çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər irəli sürüb.

Sonra saytın texniki məsələlər üzrə məsul şəxsləri Elvin Şükürov və Xəyalə Vəliyeva çıxış edərək məsul şəxsləri maraqlandıran sualları cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti