...

Hərbi hissədə dini maarifləndirmə aparılıb (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2016 19:46 (UTC +04:00)
Lənkərandakı “N” saylı hərbi hissədə “Ənənəvi İslam və xarici təsirlər” mövzusunda tədbir keçirilib.
Hərbi hissədə dini maarifləndirmə aparılıb (FOTO)

Bakı. Trend:

Bu gün Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissəsində “Ənənəvi İslam və xarici təsirlər” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitənin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan “N” saylı hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavini Nəriman İsayev mövzunun əhəmiyyəti barədə məlumat verib.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Ənənəvi İslam və xarici təsirlər” mövzusunda məruzə ilə çıxış edib. Ə.Zülfüqarov bildirib ki, radikalizmi doğuran başlıca səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq, dini bilgilərin zəif olmasıdır. Şöbə müdiri vurğulayıb ki, ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.

Ə.Zülfüqarov gənclər arasında dini maarifləndirmənin güclənməsinin vacibliyini vurğulayaraq onu da bildirib ki,bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, yerlərdə gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür.

Sonda şəxsi heyətə DQİDK-nın sifarişi ilə hazırlanmış “Fitnə” filmi nümayiş olunub. Filmin nümayişindən sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti