...

Nobel prospektində hərəkət bərpa olunub (FOTO/VİDEO)

Cəmiyyət Materials 14 Noyabr 2016 15:37 (UTC +04:00)
Bu gündən etibarən Nobel prospektində qazılmış sahə bərpa olunub və yeni asfalt-beton örtüyü döşənib.
Nobel prospektində hərəkət bərpa olunub (FOTO/VİDEO)

Bakı. Trend:

Bu gündən etibarən Nobel prospektində qazılmış sahə bərpa olunub və yeni asfalt-beton örtüyü döşənib.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, piyada keçidində işlər yekunlaşdığından həmin ərazidə hərəkət əvvəlki istiqamətdə bərpa olunub.

Qeyd edəki ki, Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar olaraq mərkəzdən Zığ istiqamətinə doğru prospektin sözügedən kəsişməsi mart ayından bəri bağlanaraq hərəkət alternativ yollara istiqamətləndirilib.

Layihələndirilən yeraltı piyada keçidində 220 m uzunluğunda qalereyanın tikintisi yekunlaşıb. Hal-hazırda qalereyanın mərmər-qranitlə üzlənməsi işləri davam etdirilir.

Bundan başqa 8 ədəd çöl şəraitində quraşdırılan eskalatorların yaxın müddət ərzində keçidin giriş hissələrində quraşdırılması da nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti