...

Azərbaycanın tolerantlığı və multikultural ənənələri Fransa mediasında işqılandırılıb

Cəmiyyət Materials 15 Noyabr 2016 15:01 (UTC +04:00)
Fransanın Yəhudi Təşkilatlarının Təmsilçilik Şurasının (CRİF) QHT-lər və assosiasiyalar ilə iş üzrə komissiyasının sədri Jan-Pyer Allalinin Azərbaycanın Yəhudi icmasına həsr etdiyi iki hissədən ibarət məqaləsi “Qığılcım” (L’Etincelle) jurnalında dərc edilib.
Azərbaycanın tolerantlığı və multikultural ənənələri Fransa mediasında işqılandırılıb

Bakı. Trend:

Fransanın Yəhudi Təşkilatlarının Təmsilçilik Şurasının (CRİF) QHT-lər və assosiasiyalar ilə iş üzrə komissiyasının sədri Jan-Pyer Allalinin Azərbaycanın Yəhudi icmasına həsr etdiyi iki hissədən ibarət məqaləsi “Qığılcım” (L’Etincelle) jurnalında dərc edilib.

Trend jurnala istinadən xəbər verir ki, müəllif Azərbaycanda əsrlərdən bəri dözümlülük (tolerantlıq) və multikulturalizm modeli qurulduğunu yazır. O, ölkəmizin coğrafi cəhətdən tarixi İpək Yolu üzərində - Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyini, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin olduğunu qeyd edir.

Azərbaycan tarixən tolerantlığı ilə seçilən bir region kimi atəşpərəstliyin vətəni, İslam dininin yayıldığı məkan və müxtəlif etnik qrupların sülh şəraitində birlikdə yaşadığı məmləkət kimi təqdim olunur. Müəllif bu ərazidə dağ yəhudiləri, tatlar, talışlar, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlar, girizlər kimi etnik qrupların məskunlaşdığını vurğulayır. Etnik qrupların təmsilçiləri azərbaycanlı olaraq düşünülsə də, həmçinin öz mədəniyyətlərinin bəzi seçilən elementlərini də qoruyublar. Bu özünü məişətdə, incəsənətdə (xüsusən əl işi), mətbəxdə və müxtəlif mərasim və ənənələrdə göstərir.

Müəllif son illər ərzində Avropadakı plüralist cəmiyyətlərdə dözümsüzlik, etnik və dini ekstremizmin artmasının məsul şəxsləri bu sahədə müəyyən ölçülər götürməyə vadar etdiyini, insanların köklərinə, milli kimliyinə və dini mənsubiyyətinə görə hədəf alınmasının adi hala çevrildiyini göstərir.

O yazır: "Biz dini tolerantlıq və müxtəlif dinlərdən olan insanların sülh içində yaşayışı haqqında düşündükdə, adətən Kanada, Avstraliya və yaxud İsveçrə kimi böyük dini müxtəlifliyin mövcud olduğu və dini qruplar arasında gərginliklərin qarşısını alan vətəndaş hüquqlarının yüksək səviyyədə qorunduğu zəngin və inkişaf etmiş ölkələrə nəzər yetiririk, lakin siz Azərbaycanı ziyarət etsəniz, görəcəksiniz ki, bura müxtəlif etnos və dinlərin evidir və Şərqlə Qərb arasındakı körpüdür – qısaca olaraq multikulturalizm diyarıdır”.

Müəllif 15 oktyabr 2014-cü ildə “Sərhədsiz insan hüquqları” (Human rights without Frontiers) tərəfindən Avropa Parlamentinə təqdim edilən “Azərbaycan – etnik müxtəliflik, dinc yaşayış və dövlətin idarəsi” adlı məlumatı xatırladır və dövlətin apolitik və sosial ölçülərdə siyasəti ilə müşayiəti də daxil olmaqla cəmiyyətin müxtəlif millətlərarası, dini və mədəni qrupları arasında sosial harmoniyanı qurmağı nəzərdə tutduğunu qeyd edir. O, Azərbaycanı müsəlmanların üstünlük təşkil etdiyi, ekstremizmə qarşı olan və dini dəyərlərin qorunması və inkişafı üçün tam dəstək verən dünyəvi dövlət nümunəsi adlandırır, əhalisinin 96%-i müsəlman olsa da, ölkə qeyri-müsəlman etnik azlıqlara ev sahibliyi edən məkan kimi qələmə verir: “Azərbaycandakı milli azlıqların milli və mədəni hüquqlarının və dini dəyərlərin qorunması dövlət siyasətinin əsas ünsürlərindən biridir, ölkədə diskriminasiyaya məruz qalan etnik və ya dini azlıq mövcud deyil”.

Müəllif həmçinin, son illər ərzində Azərbaycanın mədəniyyətlərarası dialoq üzrə beynəlxalq forum və Bakı beynəlxalq humanitar forumuna, eləcə də BMT-nin Sivilizasiya Alyansının VII ümumdünya forumu kimi müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini də xüsusi vurğulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti