...

Əflatun Amaşov BDU-da olub (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2016 17:29 (UTC +04:00)
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Bakı Dövlət Universitetinin (BDU) jurnalistka fakültəsində olub.
Əflatun Amaşov BDU-da olub (FOTO)

Bakı. Trend:

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Bakı Dövlət Universitetinin (BDU) jurnalistka fakültəsində olub.

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fakültə əməkdaşlarının iştirak etdiyi görüşdə qonağı salamlayan jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli Mətbuat Şurası ilə əməkdaşlıq məsələləri, birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə edib.

Görüş zamanı jurnalistika fakültəsinin fəaliyyəti ilə bağlı bir sıra təkliflər səsləndirilib. Ə.Amaşov bu istiqamətdə ali təhsil müəssisələrinin iştirakı ilə qısametrajlı sənədli filmlər üzrə müsabiqələrin keçirilməsi, məktəblilər arasında yazı qaliblərinin təyin olunması, Jurnalistika fakültəsinin təsis etdiyi "Jurnalist" qəzetinin istehsal və yayımının genişləndirilməsi kimi fikirlər səsləndirib.

Görüşün keçirilməsindən məmnunluğunu ifadə edən Ə.Amaşov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi ilə əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti