...

Təbii mühitin çirklənməsi üzrə tədqiqatlarla bağlı mübahisələr inzibati qaydada həll ediləcək

Cəmiyyət Materials 16 Noyabr 2016 13:29 (UTC +04:00)
Azərbaycanda təbii mühitin çirklənməsi üzrə tədqiqatların aparılması ilə bağlı mübahisəli məsələlər inzibati qaydada da həll ediləcək.
Təbii mühitin çirklənməsi üzrə tədqiqatlarla bağlı mübahisələr inzibati qaydada həll ediləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda təbii mühitin çirklənməsi üzrə tədqiqatların aparılması ilə bağlı mübahisəli məsələlər inzibati qaydada da həll ediləcək. Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirlən iclasında “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Hidrometerologiya fəaliyyəti haqqında” Qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilib.

"Hidrometeorologiya fəaliyyəti haqqında" qanuna təklif edilən yeni dəyişikliklər layihəsinə görə, Azərbaycanda hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, məlumatların hazırlanması, istifadəsi və mühafizəsi ilə əlaqədar mübahisəli məsələlər qanunvericiliyə uyğun olaraq inzibati və məhkəmə qaydasında həll ediləcək. Hazırkı qanunvericiliyə əsasən, belə mübahisəli məsələlər yalnız məhkəmə qaydasında həll edilir.

Komitədə müzakirəyə çıxarılan "Ailə kəndli təsərrüfatı haqqında" qanuna təklif olunan dəyişikliyə görə, ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanın təklifi əsasında dəyişdiriləcək. İndiki qanuna görə isə ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi vaxtaşırı dəyişdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti