...

Məktəbəhazırlıq qruplarında çalışan 800-dən çox müəllim imtahan verib (FOTO)

Cəmiyyət Materials 16 Noyabr 2016 13:49 (UTC +04:00)
Bu gün məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib.
Məktəbəhazırlıq qruplarında çalışan 800-dən çox müəllim imtahan verib  (FOTO)

Bakı. Trend:

Bu gün məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bakı şəhəri üzrə 3 mərkəzdə təşkil olunan imtahanda Xəzər, Suraxanı, Sabunçu, Pirallahı rayonları üzrə 252, Nərimanov, Xətai, Nizami rayonları üzrə 62, Binəqədi, Qaradağ, Yasamal, Nəsimi və Səbail rayonları üzrə isə 18 nömrəli tam orta məktəbdə təşkil olunub.

Qeyd edək ki, imtahan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilib. İmtahanda 800 nəfərdən artıq müəllim iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti