...

“Oyan Azərbaycan” verilişində əsl fırtına yaşandı (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2016 11:49 (UTC +04:00)
Aparıcı Fira Sevil-Sevinc bacılarına canlı efirdə niyə “pampers” verdi?
“Oyan Azərbaycan” verilişində əsl fırtına yaşandı  (FOTO)

Bakı. Trend:

Aparıcı Fira Sevil-Sevinc bacılarına canlı efirdə niyə “pampers” verdi? Bu suala noyabrın 13-də sübh tezdən Xəzər TV-nin tamaşaçıları “Oyan Azərbaycan” verilişində cavab tapıblar.

Müğənni Ramal İsrafilovun qardaşları ilə canlı ifası noyabrın 12-də şənbə səhərini bəzədi. Aparıcı Firuzə Cəlilovanın “Adətən evdə 3 qardaşdan ya böyüyünə xüsusi diqqət göstərirlər ya da kiçiyinə. Sizdə əksinə olub deyəsən – evin ortancılı Ramal aranızda ən ərköyündür, həm də daha tez tanınıb və digərlərini də arxasınca çəkib” – deyə soruşdu. Ramal cavabında “Çünki aramızda birinci mən başlamışam oxumağa”- dedi. Özü də sən demə Ramal hələ uşaq ikən Zeynəb Xanlarovanın “Qalmaz belə dünya” mahnısını oxumağı çox sevirmiş. “İndiyədək Zeynəb xanımın fanatıyam” - deyən müğənninin qardaşları ilə xoş zarafatları, dinamik mahnıları tamaşaçılara bolluca pozitiv impuls verdi.

Bazar günü efirində isə əsl fırtına yaşandı. Sevil və Sevinc Səfərova bacıları 2 gün sonra ad günlərini “Oyan Azərbaycanın” efirində qeyd etməyi qərarlaşdırsılar da, aparıcı Firanın onlara nə sürpriz hazırladığından xəbərsiz idilər. Fokusçu ilə yaşanan həyəcanlı dəqiqələr bacıların etirafına görə, onlara ən yaxşı hədiyyə oldu. Lakin Fira bununla kifayətlənməyib, studiyaya “Xəzər maqazin”in aparıcısı Çinarə Cəlilovanı ad günü tortu ilə dəvət etdi. Çəhrayı rəngli tort isə adi deyildi – uşaq bezlərindən hazırlanmışdı – “Yeni doğulanlara nə lazımdır - əmzik və bez. Baxın, üzərində əmzik də var, qızlar” – deyən Firanın zarafatına Sevinc “Mən bu tortu eyham kimi başa düşdüm – yəni, qızlar, bəsdir evdə yatdınız, ərə getmək lazımdır” – cavabını verdi.

Onlarla yaşanan əyləncəli dəqiqələr, maraqlı həmsöhbətlər, müxtəlif problemlərin həllinə dair araşdırma materialları və verilən “SOS” siqnalları umidvarıq ki, hədəfinə çatdı. Şəhərin müxtəlif yerlərində gizlədilmiş 3 açarı tapan fanatlar Ədalət Şükürovla “Ulduzlu açar” rubrikasında görüşdülər. Millət vəkili Rafael Cəbrayılov Konstirusiya günü gününün tarixçəsi haqqında fikirlərini seyrçilərlə bölüşdü.

Qaradağ rayon Məşğulluq İdarəsinin direktoru Tahir Hüseynov rayon üzrə yeni iş yerlərini əhaliyə təqdim etdi. Bu arada qeyd edək ki, hər həftənin şənbə günü efirə bir rayonun məşğulluq xidmətinin rəhbəri gələrək, vakansiyalar haqqında məlumat verir. İş axtaran seyrçilərin sadəcə canlı efir zamanı 404 3115 şəhər nomrəsinə zəng vurmaları kifayətdir.

Qeyd edək ki, trend.az, day.az, milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzovadur. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti