...

Salyan Polis şöbəsində intiharın təfərrüatı - asılqanla özünü doğrayıb

Cəmiyyət Materials 17 Noyabr 2016 12:36 (UTC +04:00)
Şirvan şəhər Polis Şöbəsində intihar edən şəxs özünü asılqanla doğrayıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Salyan Polis şöbəsində intiharın təfərrüatı - asılqanla özünü doğrayıb

Bakı. Samir Əli - Trend:

Şirvan şəhər Polis Şöbəsində intihar edən şəxs özünü asılqanla doğrayıb. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə noyabrın 17-də səhər saatlarında baş verib. Sabirabad rayon Polis Şöbəsi tərəfindən saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə gətirilən 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov şöbənin müvəqqəti saxlanma yerində paltar asıılqanını qırıb. Həmin asılqanın qırığı ilə o boğazını və qollarını doğrayıb. Polis əməkdaşları hadisədən gec xəbər tutduğundan V.Muradov dünyasını dəyişib.

Məlumata görə, intihar edən şəxs Sabirabad rayon sakinidir və o Cinayət Məcəlləsinin 153.3-cü (Əxlaqsız hərəkətlər - aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsilə ittiham olunaraq saxlanılıb.
Meyit məhkəmə-tibb ekspertizasından keçirilib. Faktla bağlı Şirvan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti