...

Az çəki ilə doğulan uşaqların sağlamlığında hansı problemlərin yarana biləcəyi açıqlanıb

Cəmiyyət Materials 17 Noyabr 2016 13:30 (UTC +04:00)
Çox az və ekstremal az çəkili doğulan uşaqların çox az faizində gələcəkdə sağlamlıqla bağlı problemlərə rast gəlinir.
Az çəki ilə doğulan uşaqların sağlamlığında hansı problemlərin yarana biləcəyi açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Çox az və ekstremal az çəkili doğulan uşaqların çox az faizində gələcəkdə sağlamlıqla bağlı problemlərə rast gəlinir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov jurnalistlərə deyib.

R.Hüseynov qeyd edib ki, belə uşaqlarda sonrakı dövrdə tənəffüs problemləri, kəskin respirator infeksiyalara tez yoluxma halları, yaxud əzələ və dayaq, sümük sistemində problemlər olur: “Eyni zamanda, nevroloji problemlər də müşahidə olunur. Vaxtında tədbir görüldükdə, bu faizi kifayət qədər azalda bilirik”.

R.Hüseynov hamiləliyin 8 aylığında doğulan uşaqların sağlamlığı ilə bağlı risklərin 7 aylıqda doğulan uşaqlara nisbətən daha çox olması barədə səslənən fikirlərə də münasibət bildirib: “8 aylıq uşaqlarda sinir sistemi daha həssas olur. Lakin vaxtından çox əvvəl doğulan uşaqlarda isə sinir sistemi bir o qədər inkişaf etməyib”.

Baş neonatoloq qeyd edib ki, analarda vaxtından əvvəl doğuşlar antenatal dövrdə yaranan problemlərin nəticəsində baş verir. Buna əsas səbəb infeksiyalardır: “Dünyada belə qəbul olunub ki, qadınlarda hamiləlik dövründə yaranan infeksiya vaxtından əvvəl doğuşların əsas səbəblərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti