...

Keçmiş səfir Məmməd Əliyev BDU tələbələri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2016 14:43 (UTC +04:00)
BDU-da beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Azərbaycanın Türkiyədə və İspaniyada səfiri olmuş professor Məmməd Əliyev ilə görüş keçirilib.
Keçmiş səfir Məmməd Əliyev BDU tələbələri ilə görüşüb   (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Azərbaycanın Türkiyədə və İspaniyada səfiri olmuş professor Məmməd Əliyev ilə görüş keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, fakültə tələbələrinin iştirak etdiyi görüşü Tələbə Gənclər Təşkilatının fakültə üzrə sədri Ləman Qurbanova açıb. O, professor Məmməd Əliyevin 1992-2005-ci illərdə Türkiyədə, 2005-2009-cu illərdə isə İspaniyada səfir kimi ölkəmizi təmsil etdiyini bildirib, fəaliyyəti haqqında ətraflı məlumat verib.

Dəvətə görə təşəkkür edən qonaq son illər Azərbaycanın beynəlxalq əlaqələrinin daha da inkişaf etməsindən, səfir olduğu müddətdə ölkələrarası münasibətlərin inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib, gələcəkdə bu sahədə çalışacaq tələbələrə tövsiyələrini bildirib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, qonaqla xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti