...

Binəqədi bələdiyyələri Kişinyovda vətəndaş iştirakçılığı təlimində iştirak edib (FOTO)

Cəmiyyət Materials 18 Noyabr 2016 10:04 (UTC +04:00)
Kişinyovda “Vətəndaş iştirakçılığı: yerli demokratiyada mühüm alət kimi” mövzusunda seminar-təlim keçirilir.
Binəqədi bələdiyyələri Kişinyovda vətəndaş iştirakçılığı təlimində iştirak edib (FOTO)

Bakı. Trend:

Avropa Şurası Yerli və Regional Təşkilatlar Konqresinin dəstəyi və təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Moldovanın paytaxtı Kişinyov şəhərində “Vətəndaş iştirakçılığı: yerli demokratiyada mühüm alət kimi” mövzusunda seminar-təlim keçirilib.

Təlimdə Binəqədi bələdiyyələrini təmsil edən Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva və Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilova seminar-təlimdə iştirak ediblər.

Binəqədi rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadan olan 50-dək mer, yerli icra strukturlarının rəhbərləri, bələdiyyə sədrləri iştirak edib. 16-17 noyabr tarixlərində keçirilmiş tədbirdə Kişinovun baş meri Sorin Çirtoaka, Avropa Birliyinin Moldova Nümayəndəliyinin rəhbəri cənab Pirka Tapiola və Avropa Şurasının Moldova Nümayəndəliyinin rəhbəri Xose-Luis Herrero, sonra isə Avropadan olan beynəlxalq ekspertlər çıxış ediblər. Seminar-təlimdə iş müxtəlif işçi qruplarda davam etdirilib, iştirakçı ölkələrin təcrübələri, qərar qəbulunda vətəndaş iştirakçılığının təmin olunması, xidmət sahələri, seçkilər və şəffaflıq və s. sahələrdə geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Binəqədi bələdiyyələrini təmsil edən Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva və Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilova seminar-təlimdə iştirak ediblər.

Hazırda idarəetmənin müxtəlif səviyyələrində, xüsusilə yerli özünüidarəetmədə vətəndaş iştirakçılığının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan seminar-təlim bu istiqamətdə təcrübə mübadiləsinin aparılması və beynəlxalq təcrübənin öyrənilməsi, onların yerlərdə tətbiqi bütün bələdiyyələr üçün faydalı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti