...

Mübariz Qurbanlı Kürdəmirdə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 18 Noyabr 2016 13:32 (UTC +04:00)
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Kürdəmirdə vətəndaşları qəbul edəcək.
Mübariz Qurbanlı Kürdəmirdə vətəndaşları qəbul edəcək

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 23-də Kürdəmir rayonunda Zərdab və Kürdəmir rayonlarının sakinlərini qəbul edəcək.

Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qəbul Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Bakı prospekti, 18 ) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti