...

Əraf mühitə dəymiş ziyana görə 11 iş üzrə iddia qaldırılıb

Cəmiyyət Materials 18 Noyabr 2016 14:42 (UTC +04:00)
Ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Əraf mühitə dəymiş ziyana görə 11 iş üzrə iddia qaldırılıb

Bakı. Trend:

1-15 noyabr tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 103 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 19 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 22 iş üzrə 31400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 1168,8 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 192 iş üzrə 29134,83 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına 12, məhkəmələrə isə 3 iş göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti