...

AMEA-nın bəzi qurumlarının strukturu təsdiqlənib

Cəmiyyət Materials 18 Noyabr 2016 17:15 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında Regional Elmi Mərkəzinin, Təbiət Tarixi Muzeyinin, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun strukturu və işçilərinin say tərkibi təsdiq edilib.
AMEA-nın bəzi qurumlarının strukturu təsdiqlənib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasında Regional Elmi Mərkəzinin, Təbiət Tarixi Muzeyinin, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun strukturu və işçilərinin say tərkibi təsdiq edilib.

Trend-in məlumatına görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub.

İclasda informasiya cəmiyyətinin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı tədbirlər planı təsdiq edilib. II Azərbaycan Elm Festivalının nəticələri müzakirə edilib və nəticələr qənaətbəxş hesab edilərək qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti