...

Mingəçevirdə bədii gimnastika üzrə XXIII Azərbaycan birinciliyi və III Bölgələrarası Kubok keçirilir (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2016 14:25 (UTC +04:00)
Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü Bölgələrarası Kubok keçirilir.
Mingəçevirdə bədii gimnastika üzrə XXIII Azərbaycan birinciliyi və III Bölgələrarası Kubok keçirilir (FOTO)

Mingəçevir. Ənvər Məmmədov - Trend:

Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü Bölgələrarası Kubok keçirilir.

Trend-in məlumatına görə, iki gün davam edəcək yarışlarda “balacalar” (2006-2008), “yeniyetmələr” (2004-2005) və “gənclər” (2001-2003) yaş kateqoriyasında 103 fərdi gimnast və 9 qrup komandası iştirak edir. Onlar "Ocaq Sport" Klubu, Respublika Kompleks İdman Məktəbi, Bakı Gimnastika Məktəbi, Sərhədçi İdman Olimpiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Gömrükçü İdman Klubu, o cümlədən, "Təhsil" Respublika İdman Məktəbinin Sumqayıt filialı, Xırdalan şəhərinin Zirvə Klubunu, Gəncə və Qusar şəhərlərini, Kürdəmir və İsmayıllı rayonlarını təmsil edir.

Yarışlarda balacalar alətsiz, ip və halqa ilə, yeniyetmələr halqa, top, gürzlər və lentlə, gənclər ip, halqa, top və gürzlərlə çıxış edəcək.

Bölgələrarası kubokda isə yerli gimnastlardan əlavə Ukrayna və Qazaxıstan gimnastları da iştirak edir.

Yarışlar barədə ətraflı məlumatı Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytından əldə etmək olar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti