...

"Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2016 16:00 (UTC +04:00)
Bu gün Taxtakörpü qəsəbəsində "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda tədbir keçirilib.
"Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon Təhsil Şöbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dünyəvi dövlətdə din: Azərbaycan modeli" mövzusunda tədbir keçirilib.

Dövlət Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə, DQİDK-nin Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov və şöbənin əməkdaşları, Laçın rayonunun axundu Əsgər Məmmədov, təhsil işçiləri, eləcə də məktəb şagirdləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Laçın RİH başçısının birinci müavini Tofiq Mirzəyev rayonda dövlət və din münasibətləri istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Dövlət Komitəsinin Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov məruzə ilə çıxış edərək ölkəmizdə dini radikalizm və dini ekstermizm hallarına qarşı mübarizənin tam təmin edildiyini diqqətə çatdırıb. Şöbə müdiri mövcud qanunvericilik bazasına uyğun olaraq ölkəmizdə istənilən vətəndaşın istədiyi dinə sitayiş etməsinə şərait yaradıldığını qeyd edib.

Tədbirdə, həmçinin DQİDK-nın əməkdaşı Tərxan Paşazadə, Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə və başqaları çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti