...

Fərid Qayıbov: Gimnastika üzrə yarışların regionlarda keçirilməsi Azərbaycanda idman turizminin inkişafına kömək edir

Cəmiyyət Materials 19 Noyabr 2016 19:09 (UTC +04:00)
Azərbaycanın regionlarında gimnastika üzrə yarışların keçirilməsi ölkədə idman turizminin özünəməxsus inkişafına kömək edir
Fərid Qayıbov: Gimnastika üzrə yarışların regionlarda keçirilməsi Azərbaycanda idman turizminin inkişafına kömək edir

Mingəçevir. Maksim Tsurkov - Trend:

Azərbaycanın regionlarında gimnastika üzrə yarışların keçirilməsi ölkədə idman turizminin özünəməxsus inkişafına kömək edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov deyib.

Qeyd edək ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü Bölgələrarası Kubok keçirilir.

Onun sözlərinə görə, bu yarış federasiyanın regionlarda keçirdiyi ilk turnir deyil.

Baş katib: "6 növ gimnastika var və biz onların hər biri üzrə Azərbaycan birinciliyi və çempionatı keçiririk. Bu turnirdə kiçik yaşlı gimnastlar iştirak edirlər, yüzdən çox uşaqlar burada toplaşıb. Əsas məsələ odur ki, biz Bakıdan başqa regionlarda da bədii gimnastikanı inkişaf etdiririk və yarışların sayı ildən-ilə artır".

Onun sözlərinə görə, 6 ay əvvəl Gimnastika Federasiyası Mingəçevirdə bölmə açıb.

F. Qayıbov qeyd edib: "Biz çempionatı və birinciliyi heç olmasa ildə bir dəfə Bakıdan kənarda keçirməyə çalışırıq ki, yerli sakinləri, uşaqları gimnastika bölməsinə cəlb edək. Biz Mingəçevirdə ilk dəfə uşaqları cəlb edərkən 240 uşaq iştirak etdi. Heç gözləmirdik ki, belə anşlaq olacaq".

F. Qayıbov turnirin çox uğurlu alındığını vurğulayaraq,Yarışı izləmək üçün Bakıdan gələn valideynlərə xüsusi təşəkkürünü bildirib.

Baş katib deyib: "Bu dəfə digər yarışlarla müqayisədə daha çox tamaşaçı gəlib. Artıq bizdə özünəməxsus idman turizmi formalaşmağa başlayıb. Mən çox şadam ki, insanlarımız gimnastikanı başa düşməyə başlayıb. Bu, bir günün deyil, çox illik zəhmətin nəticəsidir".

Baş katib daha sonra qeyd edib ki, yarışlarda əhval-ruhiyyə çox müsbət və yüksək olub.

F. Qayıbov deyib: "Bu il biz Bakıda 3 dünya kuboku yarışı keçirmişik. Kifayət qədər çox işimiz olub, Avropa çempionatları və olimpiadada iştirak etmişik, ona görə yerli yarışları ilin sonuna saxladıq. Son anda qonşu ölkə idmançılarına da dəvət göndərmək qərarına gəldik. Dəvətimizi Ukrayna və Qazaxıstan gimnastları qəbul etdilər. Biz onlara minnətdarıq ki, gəldilər, şəhərimizi və yarışlarımızı bəyəndilər. Xarici gimnastların iştirakı bu yarışa böyük önəm verir, bizim uşaqlarımız üçün də yaxşıdır, çünki onlar başqa ölkədən olan idmançılarla yarışırlar, başqa məktəbin təcrübəsini görürlər, dostluq əlaqələri yaranır. Bu yarışın daha bir mühim nəticəsi o oldu ki, yekun ballara görə 2 qız gimnastı Bakıya gətirmək, burada onların məşqini təşkil etmək qərarına gəldik. Baxmayaraq ki, onlar kiçik yaşlıdırlar, biz onların böyük potensialı olduğunu görürük".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti