...

Bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü Bölgələrarası Kubokun qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2016 21:23 (UTC +04:00)
Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü Bölgələrarası Kubokun qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü Bölgələrarası Kubokun qalibləri mükafatlandırılıb (FOTO)

Mingəçevir. Maksim Tsurkov, Ənvər Məmmədov - Trend:

Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü Bölgələrarası Kubokun qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

2006-cı il təvəllüdlü gimnastlar arasında Azərbaycan birinciliyi yarışlarında çoxnövçülük üzrə 35,900 ballıq göstərici ilə birinci yeri Fidan Yusifzadə, ikinci yeri Alina Gözəlova (33,900), üçüncü yeri isə Zəhra Paşayeva (33 bal) tutublar.

2007-ci il təvəllüdlü gimnastlar arasında ölkə birinciliyi yarışlarında birinci yeri Fatimə Məmmədzadə (34,100), ikinci yeri Mədinə Dəmirova (31,250), üçüncü yeri isə Mehriban Abdullayeva (30,100) tutublar.

2008-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri Nərminə Bayramova (30,150), ikinci yeri Məryəm Hüseynova (25,250), üçüncü yeri isə Safura Məmmədli (23,650) tutublar. Azərbaycan çempionatının bütün mükafatçıları "Ocaq sport" idman klubunun təmsilçiləri olub.

2006-cı il təvəllüdlü gimnastlar arasında Bölgələrarası Kubok yarışlarında çoxnövçülük üzrə birinci yeri 23,100 ballıq göstərici ilə Leyli Ağazadə (Sumqayıt), ikinci yeri 21,150 ballıq göstərici ilə Cənnət Bayramlı (Sumqayıt), üçüncü yeri isə 20 ballıq göstərici ilə Şəfəq Fərzəliyeva (Gəncə) tutublar.

2007-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri Nənəbacı Şəfiyeva (Qusar, 21,150 ball), ikinci yeri Məryəm Feyzullayeva (Sumqayıt, 20,300 ball), üçüncü yeri isə Səda Nazyurova (Quba, 19,850 ball) tutublar.

2008-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri Ayşə Rəcəbli (Sumqayıt, 21,200 ball), ikinci yeri Leyla Məmmədəliyeva (Kürdəmir, 19,200 ball), üçüncü yeri isə Yulianna Arazova (Qusar, 19,100 ball) tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti