...

Bakıda ilk qar gözlənilir

Cəmiyyət Materials 20 Noyabr 2016 12:46 (UTC +04:00)
Noyabrın 21-i üçün Bakıda və Abşeron yarımadasında, həmçinin respublikanın regionlarında gözlənilən hava şəraiti açıqlanıb
Bakıda ilk qar gözlənilir

Bakı. Trend:

Noyabrın 21-i üçün Bakıda və Abşeron yarımadasında, həmçinin respublikanın regionlarında gözlənilən hava şəraiti açıqlanıb.

Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bildirilir ki, yarımadanın bəzi yerlərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-7° isti, Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 783 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti