...

Bakı Ali Neft Məktəbi və İzmir Çələbi Universiteti memorandum imzaladılar

Cəmiyyət Materials 21 Noyabr 2016 11:41 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində (BANM) bu ali təhsil ocağı ilə Türkiyənin İzmir Çələbi Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Bakı Ali Neft Məktəbi və İzmir Çələbi Universiteti memorandum imzaladılar

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) bu ali təhsil ocağı ilə Türkiyənin İzmir Çələbi Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

BANM-dən Trend-ə verilən məlumata görə, sənəddə müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, hər iki tərəfin korporativ tədbirlərində tələbə və əməkdaşların iştirakı nəzərdə tutulur. Həmçinin birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, o cümlədən “ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Memorandumu BANM-in rektoru Elmar Qasımov və İzmir Celebi Universitetinin rektoru Qalib Akhan imzalayıblar.

İmzalanma mərasimində E.Qasımov bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Qarşılıqlı maraq doğuran məsələlərə toxunan rektor vurğulayıb ki, imzalanan sənəd iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlığın inkişafına təkan verəcək.

Bakı ilə İzmirin qardaşlaşmış şəhərlər olduğunu deyən Q.Akhan Azərbaycana səfərindən, BANM ilə tanışlıqdan məmnunluğunu bildirib. Diqqətə çatdırılıb ki, sənəddə hər iki tərəf üçün vacib, qarşılıqlı maraq doğuran ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində, eləcə də qısamüddətli sənayeyönümlü kurslarda mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti