...

"Pərdə mövsümü" bitəndən 150-dən artıq sürücü cərimələnib

Cəmiyyət Materials 21 Noyabr 2016 16:48 (UTC +04:00)
Noyabrın 16-dan etibarən yol polisi əməkdaşlarının keçirdiyi reydlər nəticəsində avtomobilinin şüşələrinə pərdə, jaluz və digər görmə qabiliyyətini zəiflədən vasitə çəkərək idarə edən 150-dən artıq avtomobil sürücüsü inzibati qaydada məsuliyyətə cəlb edilib.
"Pərdə mövsümü" bitəndən 150-dən artıq sürücü cərimələnib

Bakı. Elçin Mehdiyev - Trend:

Noyabrın 16-dan etibarən yol polisi əməkdaşlarının keçirdiyi reydlər nəticəsində avtomobilinin şüşələrinə pərdə, jaluz və digər görmə qabiliyyətini zəiflədən vasitə çəkərək idarə edən 150-dən artıq avtomobil sürücüsü inzibati qaydada məsuliyyətə cəlb edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə, bu il cərimələnənlərin sayında azalma müşahidə edilir: "Vaxtından əvvəl təbliğat işlərinin aparılması, maarifləndirmənin gücləndirilməsi və cərimə məbləğinin yüksək olması sürücüləri bu tələbi yerinə yetirməyə məcbur edib”.

Bölmə rəisinin sözlərinə görə, bununla bağlı 30-a yaxın şikayət də daxil olub: "Sürücülər reydlərdən xəbərsiz olduqlarını bildirirlər. Sürücülərin nəzərinə bir daha çatdırırıq ki, bilərəkdən və ya bilmədən, qəsdən və ya ehtiyatsızlıq üzündən yol-hərəkət qaydasının pozulması inzibati xətadır. Müraciət edən sürücülərə bildiririk ki, “yadımdan çıxıb, məlumatım yox idi” kimi ifadələr işlətmək onları məsuliyyətdən azad etmir”.

V.Əsədov əlavə edib ki, reydlər davam etdirilir.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun tələbinə əsasən, noyabrın 16-dan avtomobilinin şüşələrinə pərdə, plyonka, jaluz və digər görmə qabiliyyətini zəiflədən vasitə çəkərək idarə edən sürücülər inzibati məsuliyyətə cəlb edilirlər. Bu qayda pozuntusuna görə, cərimənin məbləği 150 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti