...

Dairəvi dəmir yolunda 1125 metr yol təmir olunur (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2016 15:51 (UTC +04:00)
Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işləri davam edir.
Dairəvi dəmir yolunda 1125 metr yol təmir olunur (FOTO)

Bakı. Trend:

Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işləri davam edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, bu gün Nərimanov – Böyükşor mənzilində daha 1125 metr yolun qoyuluşuna başlanıb. Yolun qoyuluşu iki gün davam edəcək.

Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir. İşlər mərhələ-mərhələ aparılır.

Qeyd edək ki, dairəvi dəmir yolunun əsaslı təmirinə noyabr ayının 8-də start verilib. Əvvəlcə Nərimanov – Böyükşor mənzilində 2.2 km uzunluğunda olan hissənin torpaq yatağı işlənib, sonra yolun qoyuluçuna başlanıb və 750 metr uzunluğunda yol qoyulub.

Dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı və Bakı ətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başa rahat və təhlükəsiz şəraitdə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti