...

BDU İndoneziyanın ali təhsil müəssisəsi ilə müqavilə imzalayıb (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2016 17:00 (UTC +04:00)
İndoneziyanın Şimali Sumatera İslam Dövlət Universitetinin rektoru, professor Saidurrahmanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.
BDU İndoneziyanın ali təhsil müəssisəsi ilə müqavilə imzalayıb (FOTO)

Bakı. Trend:

İndoneziyanın Şimali Sumatera İslam Dövlət Universitetinin rektoru, professor Saidurrahmanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

Universitetin mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, birinci İndoneziya Mədəniyyət Festivalında iştirak etmək məqsədilə ölkəmizə səfər edən nümayəndə heyətini BDU-da görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, İndoneziya ali təhsil müəssisələri ilə əməkdaşlıqdan bəhs edib.

Rektor, professor Saidurrahman təmsil etdiyi universitet haqqında məlumat verib, BDU ilə əməkdaşlığın hər iki tərəfə fayda verəcəyinə əminliyini ifadə edib. Təhsil və elm istiqamətində bir çox məsələlərin müzakirə olunduğu görüşdə universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə professor-müəllim və tələbə heyətinin mübadiləsi, birgə tədqiqat işlərinin hazırlanması, konfrans və simpoziumların keçirilməsi və s. kimi məsələlər öz əksini tapıb.

Görüşdə, eyni zamanda, İndoneziyanın ölkəmizdəki səfiri Husnan bəy Fanani, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev və Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti