...

Məktəblərdə bu fənn üzrə dərs saatı artırıla bilər

Cəmiyyət Materials 24 Noyabr 2016 12:14 (UTC +04:00)
Azərbaycanın təhsil müəssisələrində bədən tərbiyəsi dərsləri artırıla bilər.
Məktəblərdə bu fənn üzrə dərs saatı artırıla bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın təhsil müəssisələrində bədən tərbiyəsi dərsləri artırıla bilər.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində deyilir.

Qeyd olunur ki, növbəti illərdə təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin saatlarının artırılması, dərslərin keyfiyyəti və istifadə olunan metodologiyanın təkmilləşdirilməsi, metodiki vəsaitin işlənib hazırlanması, təhsil müəssisələrində və yaşayış yerlərində bədən tərbiyəsi və idman infrastrukturunun inkişaf etdirilməsi, məşqçi-müəllimlərin hazırlanması və ixtisaslarının artırılması, bədən tərbiyəsi və idman sahəsində elmi-metodiki təminat sisteminin təkmilləşdirilməsi, müxtəlif idman növləri üzrə ixtisaslaşdırılmış təlim-idman bazalarının yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Bundan başqa, bədən tərbiyəsi və idmanın inkişafı, yüksək səviyyəli idmançılar hazırlanması sahələri üzrə elmi tədqiqatların aparılması, idman təhsili sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi, bədən tərbiyəsi və idman sahəsində Milli Strategiyanın tələblərinə uyğun olaraq dövlət siyasətinə, qanunvericilik aktlarına və direktiv-normatik sənədlərə yenidən baxılması da nəzərdə tutulan tədbirlər sırasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti